Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yəməndə iranlı casuslar saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Yəməndə iranlı casuslar saxlanılıb

Yəməndə iranlı casuslar saxlanılıb


Yəmən hakimiyyəti dünən İran və Suriyanın xüsusi xidmət orqanlarına işləyən bir qrup şəxsin saxlandığını açıqlayıb.

Əməliyyat ölkənin paytaxtı Sənada, eləcə də Ədən şəhərində və bəzi vilayətlərdə keçirilib.Bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər verib.

Casusluqda ittiham olunan İran vətəndaşları Yəmən ərazisinə zavod tikintisinə lisenziya almış investorlar qismində daxil olublar.
Bundan əvvəl Yəmən Prezidenti Abdurabbih Mənsur Hadi ABŞ-a səfəri zamanı bəyan edib ki, İran ölkədə sabitliyi pozmağa cəhd göstərən bəzi siyasi və silahlı qruplaşmaları dəstəkləyir və onlara sponsorluq edir. Onun sözlərinə görə, bir müddət əvvəl İranın xeyrinə çalışan beş casus qruplaşması zərərsizləşdirilib.

Geri dön