Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda koronavirusa yoluxanların və ölənlərin sayı artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gürcüstanda koronavirusa yoluxanların və ölənlərin sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların və ölənlərin sayı artıb


Gürcüstanda gün ərzində COVİD-19 virusuna yoluxanların və bu virusdan ölənlərin sayında artım qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, aprelin 18-də Gürcüstanda koronavirusa yoluxanların sayı 388-ə çatıb. Xəstələrdən biri dünyasını dəyişib və bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 olub.

Hazırda ölkədə 4971 nəfər karantində, 519 nəfər isə stasionar nəzarətdədir.

Qeyd edək ki, xarici ölkələrdə koronavirusa yoluxmuş daha 3 nəfər müalicə məqsədilə Gürcüstana gətirilib.

Xarici ölkələrdə 9 nəfər Gürcüstan vətəndaşı koronavirusdan dünyasını dəyişib.

Geri dön