Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aprelin 20-də bəzi bölgələrdə havanın temperaturu 28 dərəcəyə yüksələcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Aprelin 20-də bəzi bölgələrdə havanın temperaturu 28 dərəcəyə yüksələcək

Aprelin 20-də bəzi bölgələrdə havanın temperaturu 28 dərəcəyə yüksələcək


Ölkə ərazisində aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 18-23° isti, Bakıda gecə 10-12°, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 23-28° isti, dağlarda gecə 3-8°, gündüz 12-17° isti olacağı ehtimal edilir.

Geri dön