Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sulduzda kürd terror qruplaşmalarının törətdiyi qətliamdan 41 il ötür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sulduzda kürd terror qruplaşmalarının törətdiyi qətliamdan 41 il ötür

Sulduzda kürd terror qruplaşmalarının törətdiyi qətliamdan 41 il ötür


Tam 41 il öncə bu gün, terrorçu kürd dəstələri Güney Azərbaycanın Sulduz şəhərində dinc əhaliyə qarşı qətliam törətdilər.





İran İslam inqilabının qələbəsindən sonra yaranan qarışıqlıqdan istifadə edən terrorçu dəstələr Güney Azərbaycanın tarixi ərazilərində sözdə Kürdüstan yaratmaq məqsədi ilə hərəkətə keçdilər.





Əbdürrəhman Qasımlu başçılığında “Kürdüstan Demokrat Partiyası” terrorçuları 19 fevral 1979-cu il tarixində Soyuqbulaq (Mahabad) hərbi bazasını qarət etdikdən sonra ağır-yüngül silahlarla mitinq keçirmək bəhanəsi ilə Sulduz şəhərində toplanmağa başladılar.



Təxminən 20000 silahlı terrorçu şəhərə daxil olduqdan sonra Sulduz küçələrində günahsız insanlara atəş açmağa başladı və uşaq, qadın, qoca demədən türkləri qətl etdilər. Terrorçular azərbaycanlılardan təslim olmalarını və şəhəri tərk etmələrini istəsələr də, bu tələb şəhər ağsaqqalları tərəfindən qətiyyətlə rədd edilmişdi.



Azərbaycanlılar əllərində olan məhdud silahlarla özlərini və torpaqlarını müdafiə etməyə çalışsalar da terrorçu dəstələrin sayca qat-qat artıq olduqları və azərbaycanlıların silahlarının məhdudluğu çox böyük itkiyə və inanılmaz faciələrə səbəb oldu.



Müharibənin başlamasından üç gün sonra xalqı terror təşkilatlarına qarşı hərəkətə keçməyə çağıran Urmiya şəhərinin keçmiş imam cüməsi molla Həsəni könüllü qüvvələrlə birlikdə Sulduza daxil olur. Dörd gün qanlı müharibədən sonra terrorçular qaçmağa məcbur olurlar.



Məlumatlara əsasən, qətliam nəticəsində 2000-dən çox günahsız insan öldürülmüş, yüzlərlə insan yaralanmışdı.

Geri dön