Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran ABŞ-a sanksiyalara görə növbəti dəfə sərt cavab verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran ABŞ-a sanksiyalara görə növbəti dəfə sərt cavab verib

İran ABŞ-a sanksiyalara görə növbəti dəfə sərt cavab verib


İran Koreya Respublikası şirkətindən süni tənəffüs aparatları almaq haqqında razılıq əldə etsə də, son anda ləvazimatlar ölkəyə göndərilməyib.

Bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib.

O qeyd edib ki, İran tərəfi şirkətin rəsmi şəxsləri ilə əlaqə saxlayaraq razılaşmaya əməl olunmasını tələb etsələr də, şirkətdən sanksiyaların yükün göndərilməsinə imkan vermədiyi bildirilib.

K.Cahanpur diqqətə çatdırıb ki, ABŞ İranın humanitar yardım və tibbi preparatlar almasına sanksiya tətbiq etmədiyini bildirir. Lakin fakt göz qabağındadır və həqiqət ondan ibarətdir ki, məhz ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində İran koronavirusa yoluxan xəstələr üçün süni tənəffüs aparatı ala bilmir.

Ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə ABŞ Prezidenti Donald Trampın İrana süni tənəffüs aparatı göndərmək təklifinə cavab verib. Nazir bildirib ki, İran 1 aydan sonra süni tənəffüs aparatlarının kütləvi istehsalına başlayacaq. Odur ki, sizin yardımınıza ehtiyacımız yoxdur. Başqa dövlətlərin daxili işlərinə qarışmayın, yetər!”.

Geri dön