Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada koronavirusa yoluxanların sayı 8 mini ötüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Ukraynada koronavirusa yoluxanların sayı 8 mini ötüb

Ukraynada koronavirusa yoluxanların sayı 8 mini ötüb


Ukraynada son sutkada 478 nəfər koronavirusa tutulub.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa tutulanların sayı 8125 nəfərə çatıb. Bu ölkədə son sutkada 8 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 201 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 782 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Geri dön