Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Seymur Həsənli: “Taxtaya mismar vurub aksiya təşkil etmək məsələnin siyasi məqsədli olduğunu sübut edir.”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Seymur Həsənli: “Taxtaya mismar vurub aksiya təşkil etmək məsələnin siyasi məqsədli olduğunu sübut edir.”

Seymur Həsənli: “Taxtaya mismar vurub aksiya təşkil etmək məsələnin siyasi məqsədli olduğunu sübut edir.”


“Hicabı namus hesab edən həmin aksiya iştirakçıları görəsən Qarabağ torpaqlarının işğalnı öz namuslarının tapdalanması kimi qələmə verirlərmi?”

Ötən həftənin ən aktual hadisələrindən biri də Təhsil Nazirliyi qarşısında keçirilən aksiya idi. Məsələyə münasibət öyrənmək üçün Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənliyə müraciət etdik.

Açıqlamasında Seymur Həsənli bildirib ki, aksiya təxribat mahiyyəti daşıyıb və heç də din-iman məqsədi güdməyib. “Biz ölkəmizdə insanların sərbəst toplaşma azadlığının təmin olunması üçün həmişə çalışmışıq. Adi milli məsələlərlə bağlı olan yürüşlərə, küçə tədbirlərinə icazə belə verilmir. Səbəb kimi digər sakinlərin hüququnun tapadalanması göstərilir. Bu çox yalnış yanaşmadır. Amma konkret Təhsil Nazirliyi qarşısında keçirilən aksiyanın məqsədli şəkildə təşkil olunduğu da ortadadır. Aksiyanın təşkilatçısının məlum olmaması, xüsusi küt silahlardan istifadə, video çəkilişlərdə də göstərildiyi kimi, polisin vurulmasına müəyyən şəxslər tərəfindən çağırış olması təxribatın və hər şeyin öncədən planlaşdırıldığını göstərir. Aksiyanın keçirilməsində məqsəd kimi məktəblərdə hicabın qadağan olunması faktını qeyd edirlər. Birincisi, Azərbaycanda hicab qadağan olunmayıb. Vahid məktəbli forması qəbul olunub və hər kəsin normal məktəbli formasında dərsə gəlməyi qanuniləşdirilib. Bu qanun həm də açıq-saçıq formada məktəbə gələnlərin qarşısına bir məhdudiyyət qoyub. İkincisi, həmin aksiyada iştirak edənlərin əksəriyyətinin övladları varsa belə heç məktəbə getmək yaşına çatmayıb. Əgər etiraz etmək varsa, bunu məktəblilər və ya valideynlər müəyyən sivil formada edə bilərdilər. Taxtaya mismar vurub aksiya təşkil etmək məsələnin siyasi məqsədli olduğunu sübut edir.” – deyə Seymur həsənli bildirib.

O həmçinin aksiya iştirakçılarının şüarlarına da diqqət çəkib. “Aksiya iştirakçıları şüar olaraq hicab bizim şərəfimizdir, namusumuzdur deyir. Bu çox məntiqsiz bir fikirdir. Belə çıxır ki, hicabdan istifadə etməyənlər və namussuzdur, əxlaqsızdır? Hicab heç bir zaman əxlaq kodeksi ola bilməz. O, bir daxili tələbatdır və kim istəyirsə, istifadədə sərbəstdir. Hicabı namus hesab edən həmin aksiya iştirakçıları görəsən Qarabağ torpaqlarının işğalnı öz namuslarının tapdalanması kimi qələmə verirlərmi? Niyə Qarabağ uğrunda hər hansı fəaliyyətdə bulunmurlar? Niyə İrana işğalçı Ermənistana etdiyi yardımlardan dolayı etiraz etmirlər? Yoxsa, maliyə qaynaqlarının kəsiləcəyindən qorxurlar? Çox təəssüf ki, Azərbaycanda din sahəsində olan boşluqdan istifadə edib ondan müəyyən siyasi məqsədlər naminə fəaliyyətlər ortaya qoyulur. Bir ara məscidlər sökülür deyə hay-həşir qopardılar. Həmin məscidlərdən biri də Qaraçuxur məscidi idi. Mən bilirəm ki, o məsciddən daha çox nurçu-fətullahçı qüvvələr yararlanırdı və onların nəzarətində idi. Amma sağlam dindarlar işə qarışdı və deputat Fərəc Quliyev ölkə başçısına müraciət etdi. Müraciətin əsas məzmunu bundan ibarət idi ki, məscid yalnış adamlar tərəfindən yönləndirilirsə, oranın axundunu dəyişmək lazım, məscidi sökmək deyil. Sonra mətbuata da məlumat verildi ki, heç bir məscid sökülmür. Amma həmin hadisədən həm fars meyilli, həm də digər “dinçi” qüvvələr dövlət əleyhinə xeyli təbliğat aparmaqla çirkin niyyətlərini ortaya qoymuşdular.”

Oktay

Geri dön