Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nyu-York qubernatoru koronavirusun ştata haradan gəldiyini izah edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Nyu-York qubernatoru koronavirusun ştata haradan gəldiyini izah edib

Nyu-York qubernatoru koronavirusun ştata haradan gəldiyini izah edib


Nyu-York ştatına koronavirus Çindən deyil, Avropa ölkələrinin birindən gəlib.

Bu barədə jurnalistlərə Nyu-York ştatının qubernatoru Endryu Kuomo deyib.

Şimal-Qərbi ABŞ Universitetinin apardığı tədqiqatın nəticələrinə əsasən, Nyu-York ştatında koronavirusa ilk yoluxma halının qeydə alındığı martın 1-də 10 mindən çox sakin artıq COVID-19 xəstəliyinə tutulmuşdu. Qubernatorun fikrincə, virusun İtaliyadan gəlməsi versiyası daha inandırıcıdır.

Endryu Kuomo xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp Uxan şəhərində xəstəliyin yayılması barədə məlumatlardan təxminən bir ay sonra - fevralın 2-də Çindən səfərləri qadağan edib, lakin Avropadan ölkəyə girişlər isə xəstəlik ABŞ-da geniş vüsət aldıqdan sonra - mart ayında məhdudlaşdırılıb.

Qubernator ABŞ administrasiyasını epidemiyanın yayılmasına ləng reaksiya verməkdə təqsirləndirib. Onun sözlərinə görə, həmin iki ay müddətində Avropadan Nyu-York və Nyu-Cersi aeroportlarına 2,2 milyon insan gəlib və onların da bir hissəsi çox güman ki, COVID-19 daşıyıcısı olub.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 13:50-yə olan məlumatına əsasən, ABŞ-da 925 mindən çox yoluxma və 52 min 217 ölüm faktı qeydə alınıb, 110 min 432 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Nyu-York ştatında isə yeni koronavirusa yoluxanların sayı 277 min nəfəri ötüb, 21 min 291 nəfər isə bu xəstəlik səbəbindən dünyasını dəyişib.

Geri dön