Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İordaniya ərazisində qəzaya uğrayan Həcc avtobusu Azərbaycanın deyilmiş
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > İordaniya ərazisində qəzaya uğrayan Həcc avtobusu Azərbaycanın deyilmiş

İordaniya ərazisində qəzaya uğrayan Həcc avtobusu Azərbaycanın deyilmiş


İordaniya ərazisində qəzaya uğrayan, içərisində zəvvarların olduğu avtobus Azərbaycana aid deyil.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. QMİ-dən bildirilib ki, Azərbaycanın zəvvarlarını Həcc ziyarətinə aparan avtobus karvanında hər hansı qəza baş verməyib, karvan artıq İordaniya-Səudiyyə Ərəbistanı sərhədindədir.

İdarədən o da bildirilib ki, qəzaya uğrayan Dağıstandan zəvvarları Həcc ziyarətinə aparan avtobus olub. Qəza nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdulayev də deyib ki, məsələ ilə bağlı Azərbaycanın İordaniyadakı səfirliyi ilə əlaqə saxlanılıb: “Səfirlik İordaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat verib ki, Azərbaycan zəvvarlarını aparan avtobus qəzaya düşməyib. Birinci qrup Həcc karvanının rəhbəri Vidadi müəllim də hadisənin baş vermədiyini deyib”.

Geri dön