Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son iki sutka ərzində Özbəkistanda koronavirusundan 789 nəfər sağalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Son iki sutka ərzində Özbəkistanda koronavirusundan 789 nəfər sağalıb

Son iki sutka ərzində Özbəkistanda koronavirusundan 789 nəfər sağalıb


Bu günədək Özbəkistanda COVID-19 koronavirusundan 789 nəfər sağalıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son iki sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 51 nəfər artaraq 1889 nəfərə çatıb. Bildirilib ki, bu virusa yoluxanların sayı getdikcə aşağı düşür. Cəmi 10 gün əvvəl bir sutkada 80-100 xəstə qeydə alınırdısa, son iki gündə cəmi 51 nəfər xəstələnib. Sağalanların sayı isə sürətlə artır, indiyədək 789 nəfər sağalıb, 1092 xəstə müalicə alır, 8 xəstə ölüb.

Məlumatda bildirilir ki, artıq Özbəkistanın iki vilayətində karantin rejimi ləğv edilib, ölkə üzrə tikinti materialları bazarı, notarial kontorlar, kimyəvi təmizləmə və maşın təmiri obyektləri açılıb.

Geri dön