Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk Şurasının Baş katibi qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türk Şurasının Baş katibi qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb

Türk Şurasının Baş katibi qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb


Erməni ideoloqlarının düşmənçilik doqması əsasında qondarma "erməni soyqırımı" ilə əlaqədar Türkiyə Respublikasına qarşı irəli sürdüyü və bəzi dövlətlər tərəfindən dəstəklənən iddialar tarixi saxtalaşdırmaqla siyasi məqsədlərə çatmaq məqsədi daşıyır.

Bu fikir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatında əks olunub.

Bəyanatda deyilir ki, tarixi həqiqətləri araşdırmadan, hadisələrə siyasi və hüquqi qiymət vermək, onlarla bağlı mühakimələr irəli sürmək və bunu xüsusilə də kollektiv şüura nifrət, tarixi ədavət və qisas hissləri yeridərək həyata keçirmək insanlıq, vicdan və mərhəmət kimi dəyərləri təhdid edir, xalqların qarşılıqlı anlaşma və sülh şəraitində yaşamalarına təhlükə yaradır. Bölgədə mövcud olan münaqişələr, qaçqın və məcburi köçkünlərin problemləri əsasən bu hadisələrin məntiqi nəticəsidir.

Bəyanatda qeyd edilir ki, müasir beynəlxalq münasibətlər və bu günə qədər baş verən bütün faciəvi hadisələr şəffaf və ədalətli şəkildə araşdırılmalıdır. Bu mənada, tarixçilər tərəfindən 1915-ci il hadisələrini araşdırmaq və bu məqsədlə arxivləri açmaq üçün birgə tarix komissiyasının yaradılması ilə bağlı Türkiyə Respublikasının təşəbbüsü təqdirəlayiqdir.

“Biz əminik ki, alimlər və tədqiqatçılar tərəfindən tarixi faktların qərəzsiz şəkildə araşdırılması və qiymətləndirilməsi 105 il əvvəl baş vermiş hadisələrə aydınlıq gətirəcək”, - deyə bəyanatda qeyd olunur.

Geri dön