Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Muxtar respublikada 301 tənha ahıla evlərində sosial xidmət göstərilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Muxtar respublikada 301 tənha ahıla evlərində sosial xidmət göstərilib

Muxtar respublikada 301 tənha ahıla evlərində sosial xidmət göstərilib


Muxtar respublikada yaşı 65-i keçmiş tənha yaşayan ahıllara sosial xidmət işçiləri və sosial könüllülər tərəfindən müvafiq xidmətlərin göstərilməsi davamlı xarakter alıb və bu xidmətlər pandemiya dövründə, ümumilikdə, 301 tənha ahılı əhatə edib.

Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Culfa rayonunda yaşı 65-i keçmiş tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub.

Sosial xidmət işçiləri və könüllülər zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq, sanitar-gigiyena qaydalarına riayət etməklə, evlərdə təmizlik işləri aparıb, gətirdikləri tibbi profilatik məmulatları sakinlərə təqdim ediblər.

Sosial aksiyaya “Badamlı” şirkəti də qoşulub. Şirkət nümayəndələri könüllülərlə birgə ahılları ziyarət edib, onlara “Badamlı” mineral sularından ibarət sovqatlar veriblər.

Qeyd edək ki, martın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 65 yaşdan yuxarı olan tənha ahıllara həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər tərəfindən müvafiq xidmətlərin göstərilməsi barədə tapşırıqlar verilib.

Geri dön