Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Füzuli kümçülərinə 1250 qutu ipəkqurdu toxumu paylanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Füzuli kümçülərinə 1250 qutu ipəkqurdu toxumu paylanılıb

Füzuli kümçülərinə 1250 qutu ipəkqurdu toxumu paylanılıb


Ötən il Füzuli rayonunda 49,5 ton barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.

Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 1250 qutu (23 min 750 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Cari mövsümdə 50 tondan çox barama istehsalı nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə ildir Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə 3070 kiloqram, 2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38 ton, 2019-cu ildə isə 49,5 ton barama isehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 200 min ədədə qədər tut tingi əkilib.

Geri dön