Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Koronavirusa yoluxma sayında artım ola və prosesin ikinci dalğası başlaya bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Koronavirusa yoluxma sayında artım ola və prosesin ikinci dalğası başlaya bilər

Koronavirusa yoluxma sayında artım ola və prosesin ikinci dalğası başlaya bilər


Dövlətimizin koronavirusla mübarizədə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində dünyanın bir çox ölkələrindən fərqli olaraq bu infeksiya Azərbaycanda geniş yayılmadı. Lakin bu bizi arxayınlaşdırmamalıdır. Karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılmasından sui-istifadə hallarına yol verilməməli, insanlar ehtiyac olmadığı təqdirdə evdən çıxmamalıdırlar. Əks halda virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər.

Bu sözləri Xocavənd rayon ziyalısı Cavay Hüseynov deyib.

O bildirib ki, “COVID-19” epidemiyası ilə mübarizə ölkəmizdə yüksək səviyyədə aparılır. "Şükürlər olsun ki, görülən tədbirlər sayəsində ölkəmizdə virusla mübarizədə müsbət dinamika müşahidə olunur. Lakin yoluxma hallarının yenidən çoxalmaması üçün insanlar profilaktik tədbirlərə, gigiyenik normalara uyğun davranmalıdırlar. Mən Xocavənd ziyalısı olaraq hesab edirəm ki, pandemiya tam aradan qalxanadək özünütəcrid, "Evdə qal!" kampaniyası davam etdirilməlidir. Vətəndaşlar yenə də sanitar-gigiyena qaldalarına riayət etməli, kütləvi toplantılara yol verməməlidirlər. Unutmayaq ki, bütün bu tədbirlər bizim, ailəmizin, xalqımızın sağlamlığı üçündür", - deyə Cavay Hüseynov bildirib.

Geri dön