Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çin Vuhandakı laborotoriyaları dünya üçün əl çatan etməlidir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Çin Vuhandakı laborotoriyaları dünya üçün əl çatan etməlidir.

Çin Vuhandakı laborotoriyaları dünya üçün əl çatan etməlidir.


Çin Vuhandakı laborotoriyaları dünya üçün əl çatan etməlidir. Bu fikirləri Amerikanın Dövlət Katibi Mike Pompeo səsləndirdi.O, Çini Vuhandakı viruslara qarşı olan labaratoriyaları xariçi dünya üçün açmağa çağırdı. Onun təbirincə desək, dünya coronavirusun necə və hansı şəraitdə meydana gəldiyini anlamalıdır.Rəsmi Pekinin şəffaf olmaqla yükümlü olduğuna diqqət çəkən dövlər katibi, Dövlət Departamentində keçirdiyi mətbuat konfransında bunları dedi.

“ Biz Amerika insanının məsuliyyətini dərk edərək onlara yalnız düzgün məlumatlar veririk.Dövlət Departamenitinin missiyası Amerika insanlarını dünyadakı təhdidlərdən qorumaqdır. Bizim virusun başlaması ilə bağlı verdiyimiz informasiya sadəcə bir tarixdir.Ölkələr yanlış informasiya verərkən, hamı üçün risk yaradırlar. Çin Komunist partiyası Amerikaya ortağliq təklif edir, amma unudurlar ki, təhlükəsiz əməkdaşlıq bu məlumatları paylaşmaq məsuliyyətini də daşıyır.Onlar heç nəyi gizlətməli deyildilər.Baxın, dünyanın əli hələdə, Vuhanın viruslara qarşı olan instituna çatmır.Dünya orda nə baş verir bilmir. Bu virusun hardan yarandığını hələ tam olaraq bilmirik. Amerika Çindəki labaratoriyaların təhlükəsizliyindən də narahatdır. Unutmaqay bu Çindən yayılan ilk virus deyil.Bu səbəblə biz bütün müttəfiqlərimizlə informasiyalarımızı paylaşırıq. Lakin informasiyanın paylaşması təkcə virusa deyil, həm də nüvə silahlarına aid olmalıdır.”

Xatıqrladaq ki,prezident Donald Tramp da açıqlamalarında, coronavirusun Vuhandakı labaratoriyadan ortaya çıxdığını ehtimal etmişdi. Çin iddiaları rədd etsə də sübut edə bilmir.Dünyanın elm insanları coronovirusun yarasa və ya qarşıqa yeyənlər yolu ilə insana, vəhşi həyatdan keçdiyini ehtimal etsədə, bu da dəqiq bəlli deyil. Digər ehtimalda isə, virusun Vuhandakı labaratoriyada yarasa üzərindəki test zamanı ortaya cıxdığı iddia olunur.

Amerikanın dövlət katibinin açıqlamalarında İran da yerini tutdu. Pompeyodan, BMT İrana qarşı silah embarqosunu uzadarsa, bunun effekti ola bilərmi soruşuldu. Cavabı belə oldu.

“İran oktyabrın 23-dən sonra başqa dövlətlərdən iri həcimdə silahlar ala biləcək. Biz qoymayacağıq bu baş versin. İranın nüvə razılaşmasını pozmasının nəticəsi baxın məhz budur.Bir neçə aydan sonra Rusiya və Çin kimi dövlətlər İrana silah sata biləcəklər. Bu bir fantaziya deyil, bu baş verəcək. Düşünün İran indiki durumda Livanda hizzbulahı, İraqda isə terrorçu qruplaşmaları maliyyələşdirir. Silahla təmin edir. Səmaya ballistik raketlər də göndərirlər. İndi siz düşünün onlar yeni silahlar əldə edəndən sonra nələr edəcəklər. Sizçə biz onlara icazə verməliyik? Məncə dünya başa düşür ki, bu addım səhv olar.İstəyirik mütəffiqlərimiz buna qarşı mövqey ortaya qoysunlar. Biz BMT-nin Təhlükəsizlik Komitəsinin embarqoları uzatması üçün çalışacağıq. Əgər başqa ölkə İrana qarşı addım atmasa, onda Amerika digər ssenarilər üzərində işləyəcək.”

Dövlər katibi rəsmi Tehranı da Çin kimi informasiyaları gizlətməkdə qınadı. O, virusdan ölənlərlə bağlı Tehranın yanlış rəqəmlər payıaşdığını dedi. Amerikanın dövlət katibi dedi ki, İran hakimiyyəti virusdan əziyyət çəkən xalqını deyil, terror fəaliyyətini genişləndirməyi düşünür.

Geri dön