Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin yoluxma faktı qeydə alınmayan şəhərlərində karantin rejimi mərhələli şəkildə dayandırılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyənin yoluxma faktı qeydə alınmayan şəhərlərində karantin rejimi mərhələli şəkildə dayandırılacaq

Türkiyənin yoluxma faktı qeydə alınmayan şəhərlərində karantin rejimi mərhələli şəkildə dayandırılacaq


Türkiyənin COVID-19 pandemiyası ilə əlaqədar tətbiq etdiyi karantinlə bağlı çıxış planına uyğun olaraq müqəddəs Ramazan bayramına qədər yeni yoluxma faktı qeydə alınmayan şəhərlərdə karantin rejimi mərhələli şəkildə dayandırılacaq.

Həmin şəhərlərdə qabaqlayıcı tədbirlərin görülməsi ilə sosial həyatın yenidən başlaması, yoluxma qeydə alınmayan şəhərlər arasında gediş-gəlişin bərpası nəzərdə tutulur. “Tərs karantin” adlandırılan bu tətbiqə hazırda Türkiyənin 15 şəhərinin uyğun olduğu bildirilir.

Mütəxəssislərin sözlərinə görə, ölkə ərazisində sosial həyatın bərpası ilə əlaqədar iyunun 5-ə qədər olan müddət çox vacibdir. Belə ki, bu tarixə qədər yoluxanların sayı nəzərə alınaraq mərhələli şəkildə yumşaltma tədbirləri başlaya bilər.

Hazırda Türkiyənin bütün dövlət qurumları tərəfindən ölkənin Səhiyyə Nazirliyinin göstərişlərinə əsasən keçid planına uyğun hazırlıqlar aparılır.

Qeyd edək ki, mütəxəssislər qarşıdan gələn bir neçə həftə ərzində Türkiyədə COVID-19-a yoluxanların sayında əhəmiyyətli dərəcədə azalmanın gözlənildiyini bildirirlər.

Geri dön