Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada koronavirusa yoluxanların sayı 12 minə yaxınlaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ukraynada koronavirusa yoluxanların sayı 12 minə yaxınlaşıb

Ukraynada koronavirusa yoluxanların sayı 12 minə yaxınlaşıb


Ukraynada son sutkada 502 nəfər koronavirusa tutulub.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 11 min 913 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 9 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 287 nəfər olub. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 1550 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Geri dön