Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Meşginşəhrdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanlar var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Meşginşəhrdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanlar var

Meşginşəhrdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanlar var


Güney Azərbaycanın Ərdəbil Əyalətinin Meşginşəhr (Xiyav) məntəqəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.





Məlumata görə, pikap tipli avtomobilin Xiyav- Ləncabad yolunda yoldan çıxaraq, dərəyə aşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.



Hadisə nəticəsində yaralananlar Xiyavın “Vəliəsr” xəstəxanasına yerləşdirilib.





Yol polisi sürücünün nəqliyyat vasitəsinin idarəsini itirməsini hadisənin səbəbi olaraq göstərib.





Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər.





Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Geri dön