Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars əyalətində spirtdən ölənlərin sayı 101 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Fars əyalətində spirtdən ölənlərin sayı 101 nəfərə çatıb

Fars əyalətində spirtdən ölənlərin sayı 101 nəfərə çatıb


İranın Fars əyalətində saxta spirtdən ölənlərin sayı 101 nəfərə yüksəlib.



Bu barədə, Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Cavad Muradiyan mayın 3-də mediaya açıqlamasında məlumat yayıb.



Muradiyan deyib ki, əyalətdə sənaye (texniki spirtdən) spirtdən zəhərlənmə səbəbilə həyatını itirənlərin sayı 101 nəfərə yüksəlib: “Bu günə qədər saxta spirtdən zəhərlənmə səbəbilə əyalətin xəstəxanalarına müraciət edənlərin sayı 866 nəfərə çatıb. Həmin zəhərlənənlərdən 765-i artıq müalicə edilib, 101-i isə ağır zəhərlənməyə görə ölüb.



Metanol alkolu qəbul etdikdən sonra zəhərlənən həmin şəxslərin yaş həddinə gəldikdə, onların əksəriyyəti 20-40 yaşları arasında olan gənclər və orta yaşlı xəstələrdir” -deyə, Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Cavad Muradiyan bildirib.


Qeyd edək ki, son iki ay ərzində İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və stressdən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı sürətlə artıb. Nəticədə, ən azı 750-yə yaxın insan həyatını itirib, minlərlə nəfər isə xəstəxanalara düşüb.

Geri dön