Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Seyid Əzim Şirvani haqqında vikipediyada özbək dilində bölmə yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Seyid Əzim Şirvani haqqında vikipediyada özbək dilində bölmə yaradılıb

Seyid Əzim Şirvani haqqında vikipediyada özbək dilində bölmə yaradılıb


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibətilə Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb, Azərbaycan və rus dillərində olan bölmələr zənginləşdirilib.

Yaradılan bölmələrdə dahi şairin həyatı, yaradıcılığı, pedaqoji fəaliyyəti, əsərləri, şeirləri, təmsilləri, qəzəlləri, müxəmməsləri, müsəddəsləri, rübailəri haqqında məlumatlar yer alır, onun barəsində maraqlı faktlar işıqlandırılır. Bölmədə habelə onun haqqında deyilən fikirlər öz əksini tapır.

Seyid Əzim Şirvani öz yaradıcılığnda maarifçilik ideyalarını yayaraq elmin və təhsilin səmərəsini, məktəb və tərbiyə məsələlərini, pedaqoji fəaliyyəti ardıcıl təbliğ edib, Azərbaycan uşaq ədəbiyyatı üçün olduqca maraqlı əsərlər yaradıb.

Qeyd edək ki, XIX əsr Azərbaycan ədəbiyyatında qəzəl ustadı kimi məşhurlaşan Seyid Əzim Şirvaninin yaradıcılığında əxlaqi-tərbiyəvi əsərlər mühüm yer tutur, onun elm, maarif, mədəniyyət, mətbuat, mütaliə, tərbiyə mövzularında yazdığı şeirlər didaktik poeziyanın ən gözəl nümunələrindən sayılır.

Vikipediyada Seyid Əzim Şirvani haqqında özbək dilində yaradılan bölmə ilə bu ünvanda tanış olmaq mümkündür. https://uz.wikipedia.org/wiki/Said_Azim_Shirvoniy

Geri dön