Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 18 hərbçi həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 18 hərbçi həlak olub

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 18 hərbçi həlak olub


Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində “Taliban” hərəkatının avtomobili partlatması nəticəsində azı 18 hərbçi həlak olub.

TOLO News telekanalı xəbər verir ki, güc strukturlarındakı mənbənin məlumatına görə, partlayış mayın 3-də axşam saatlarında Nəhr rayonunda törədilib. Minalanmış avtomobil Əfqanıstan milli ordusunun və milli təhlükəsizlik idarəsinin nəzarət buraxılış məntəqəsi yaxınlığında partladılıb. Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.

Geri dön