Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı polisi sakinlərə ciddi səbəb olmadan evdən çıxmamağı tövsiyə edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Bakı polisi sakinlərə ciddi səbəb olmadan evdən çıxmamağı tövsiyə edir

Bakı polisi sakinlərə ciddi səbəb olmadan evdən çıxmamağı tövsiyə edir


Bakı Şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinə müraciət edib.

İdarədən bildiriblər ki, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş bəzi şəxslərin müvafiq icazələrdən sui-istifadə edərək, ciddi zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir.

“Zərurət yaranmadıqda vətəndaşlara şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir şəxsə ciddi səbəb olmadan evdən çıxmamaları tövsiyə edilir”,-deyə müraciətdə bildirilir.

Geri dön