Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda koronavirusa daha 76 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycanda koronavirusa daha 76 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirusa daha 76 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 76 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.

Geri dön