Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Kürdüstanında yaraqlı kürdlərlə silahlı qarşıdurmada 3 “Sepah”çı öldürülüb. Öldürülənlərdən biri "Sepah" polkovnikidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran Kürdüstanında yaraqlı kürdlərlə silahlı qarşıdurmada 3 “Sepah”çı öldürülüb. Öldürülənlərdən biri "Sepah" polkovnikidir

İran Kürdüstanında yaraqlı kürdlərlə silahlı qarşıdurmada 3 “Sepah”çı öldürülüb. Öldürülənlərdən biri "Sepah" polkovnikidir


İranın Kürdüstan əyalətinin Divandərə şəhəri yaxınlığında naməlum kürd yaraqlıları ilə baş verən silahlı qarşıdurmada “Sepah” terror təşkilatının 3 üzvü öldürülüb. Atışmada öldürülənlərdən biri “Sepah” polkovnikidir.



Yayılan məlumata əsasən, silahlı qarşıdurma mayın 5-i sübh saatlarında “Sepah” qüvvələri bölgədə reyd keçirərkən baş verib. Atışma nəticəsində Kürdüstan “Sepah”ının əyalət qərargahının müavini polkovnik Şəkiba Səlimi, digər “Sepah”çılar, Cəfər Nizampur və Məhəmməd Şükri ilə birlikdə güllə yarası alaraq yerindəcə həlak olublar.



İranda fəaliyyətinə qadağa qoyulmuş Kürdüstan Demokrat Partiyası bəyanat yayaraq, naməlum yaraqlı kürdlərlə “Sepah”çılar arasında silahlı qarşıdurmanın “Sultan” və “Çehel Çeşmə” dağlarının ətəklərində yerləşən “Nərgislə” və “Ajuan” kəndləri yaxınlığında baş verdiyini açıqlayıb. Bəyanatda yaraqlı kürdlərin hansı kürd təşkilatına bağlı olması açıqlanmayıb.



“Sepah”ın “Həmzə Seyidüşşühəda” qərargahı isə baş vermiş insidentlə bağlı yaydığı bəyanatda, silahlı qarşıdurmada bir neçə yaraqlı kürdün öldürüldüyünü bildirib. Bəyanatda hadisənin detalları açıqlanmayıb.

Hələlik hər hansı bir kürd təşkilatı “Sepah” qüvvələrinə hücumu öz üzərinə götürməyib.

Geri dön