Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hindistanda COVID-19 infeksiyasına yoluxanların sayı 50 minə yaxınlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Hindistanda COVID-19 infeksiyasına yoluxanların sayı 50 minə yaxınlaşır

Hindistanda COVID-19 infeksiyasına yoluxanların sayı 50 minə yaxınlaşır


Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 2958 yeni yoluxma və 126 ölüm qeydə alınıb.

Hindistanın Səhiyyə Nazirliyi xəbər verir ki, bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 49 min 391 nəfərə, ölənlərin sayı isə 1694-ə çatıb. Hindistan yoluxanların sayına görə dünyada 15-ci sıradadır.

Səhiyyə Nazirliyi indiyədək 13 min 160 nəfərin sağalaraq xəstəxananı tərk etdiyini açıqlayıb. Sağalma göstəricisi 28,71 faizdir. Ən çox yoluxma və ölüm Maharaştra və Qucarat ştatlarında qeydə alınıb.

Qeyd edək ki, martın 25-də Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar 21 günlük xüsusi karantin rejimi elan olunmuşdu. Karantin rejimi əvvəlcə mayın 3-dək, daha sonra isə mayın 17-dək uzadılıb.

Geri dön