Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə hazırlanan “TR-C 19” preparatı xəstələr üzərində tətbiq edilməsi üçün hazırdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Türkiyədə hazırlanan “TR-C 19” preparatı xəstələr üzərində tətbiq edilməsi üçün hazırdır

Türkiyədə hazırlanan “TR-C 19” preparatı xəstələr üzərində tətbiq edilməsi üçün hazırdır


Türkiyədə hazırlanan "TR-C 19" adlı preparat aktiv COVID-19 xəstələri üçün bir ümid olub.

Türkiyə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Səhiyyə İnstitutları İdarəsinin dəstəyi ilə laboratoriyada aparılan araşdırma nəticəsində təcrid olunmuş COVID-19 virusu zərərsizləşdirilib və bu preparat xəstələr üzərində könüllü olaraq tətbiq edilmək üçün hazırlanıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Səhiyyə Elmləri Universitetinin rektoru professor Cevdet Erdöl xəstələr üzərində tətbiq olunması üçün hazırlanan preparatın qısa müddətdə sertifikatlaşdırılmasının planlaşdırıldığını bildirib. C.Erdöl COVID-19 pandemiyasına nəzarəti təmin etmək və əhaliyə təqdim etmək üçün səfərbərlik şüuru ilə elmi-tədqiqat fəaliyyətlərini də sürətləndirdiklərini bildirib. Qeyd edilib ki, qısa müddətdə “TR-C 19” preparatının sertifikatlaşdırılması planlaşdırılır.

Preparatın hazırlanmasında köməklik göstərən VSY Biotexnologiya və Dərman Sənayesi MMC-nin idarə heyətinin sədri Ercan Varlıbaş isə Türkiyənin COVID-19 epidemiyası zamanı yaşadığı çətin günlərdən azad olunması istiqamətində bütün imkanlarını səfərbər etdiklərini ifadə edib. O, Türkiyənin bütün qurumları ilə birlikdə həmrəylik içində bu çətin günlərin öhdəsindən gələcəyini bildirib.

Geri dön