Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi artırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi artırılıb

Milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi artırılıb


Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən Mərkəzi Bankla razılaşdırılmaqla bu il iyunun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 12 faizədək qaldırılması barədə qərar qəbul edib.

ADIF-dən bildirilib ki, fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Geri dön