Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirdə mayın 15-dən otellər fəaliyyətə başlayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Misirdə mayın 15-dən otellər fəaliyyətə başlayacaq

Misirdə mayın 15-dən otellər fəaliyyətə başlayacaq


Misir mayın 15-dən etibarən kurort bölgələrindəki otellərin fəaliyyətini bərpa edəcək, lakin sözügedən obyektlərdən yalnız daxili turistlər faydalana biləcək.


TASS- xəbər verir ki, bu barədə çərşənbə axşamı “Əl Ahram” informasiya portalı məlumat yayıb.


Bildirilib ki, turizm sektorunu bərpa etmək üçün hökumət tətbiq olunan məhdudiyyətləri tədricən qaldırmağa başlayacaq: “Mayın 15-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq, müvafiq qaydalara əməl edilməklə yerli turistlər üçün ölkə daxilində otellər işə başlayacaq”.


Turizm Nazirliyinin qərarına əsasən, ilk mərhələdə otellərdəki otaqların 25%-I turistlərin ixtiyarına veriləcək. İyun ayının əvvəlində isə bu rəqəm 50%-ə qədər artırılacaq.


Nazir Xalid Əhməd əl-Anani bildirib ki, yalnız karonavirusla mübarizə çərçivəsində bütün tələbləri və tövsiyələri ciddi şəkildə yerinə yetirən otellər qonaqların sayını artıra biləcəklər.

Geri dön