Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Alman həkim XƏBƏRDARLIQ ETDİ: Dünyanı iki yeni koronavirus dalğası gözləyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Alman həkim XƏBƏRDARLIQ ETDİ: Dünyanı iki yeni koronavirus dalğası gözləyir

Alman həkim XƏBƏRDARLIQ ETDİ: Dünyanı iki yeni koronavirus dalğası gözləyir


Dünyada yayılan koronavirusun ikinci dalğası demək olar ki, qaçılmazdır və bundan sonra COVID-19 pandemiyasının üçüncü dalğası da başlaya bilər.

Bu barədə Almaniyanın Robert Kox İnstitutunun rəhbəri Lotar Viler məlumat verib. Onun fikrincə, yeni növ koronavirus infeksiyası dünya əhalisinin 60-70 faizi xəstələnənə qədər yayılacaq.


“Demək olar ki, ikinci dalğanın olacağını bilirik. Bəzi həmkarlar üçüncü koronavirus dalğasının çox ehtimal olunduğunu düşünür”, - deyə Viler açıqlama verib.


Mütəxəssis insanları sosial məsafəni qorumağa çağırıb.


Xatırladaq ki, Sankt-Peterburq Universitetinin alimləri də hesab edir ki, Rusiyada koronavirusla bağlı vəziyyət nəzarət altına alınsa da, istirahət etmək üçün tezdir: önümüzdəki aylarda xəstəliyin ikinci dalğası gələ bilər.

Geri dön