Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş interaktiv plakat hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş interaktiv plakat hazırlanıb

Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş interaktiv plakat hazırlanıb


Beynəlxalq əməkdaşlıq çərçivəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Rusiyanın Orenburq Vilayətinin P-Pokrovka model kitabxanası ilə əməkdaşlıq çərçivəsində uğurlu layihələr həyata keçirilir, mühüm hadisələrə həsr olunan interaktiv plakatlar hazırlanır.

Kitabxanadan bildirilib ki, növbəti interaktiv plakat Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunub.

Plakatda Azərbaycan və rus dillərində verilən materiallarda Böyük Vətən müharibəsində Azərbaycan hərbiçilərinin şücaətindən, azərbaycanlıların antifaşist hərəkatında iştirakından, Vətənimizin övladlarının arxa cəbhədə əmək fəaliyyətindən, ölkə iqtisadiyyatı və xüsusilə də Bakı neftinin əhəmiyyətli rolundan bəhs edilir.

Azərbaycan müharibə illərində, Qafqaz uğrunda döyüşlər, milli hərbi bölmələr haqqında ətraflı məlumat almaq olar.

Burada akademik Yusif Məmmədəliyevə həsr olunmuş bölmədə onun ixtira etdiyi yüksək oktanlı benzin haqqında məlumatlar verilib.

İnteraktiv plakatda izləyicilər Sovet İttifaqı Qəhrəmanı adını almış 39 azərbaycanlı ilə də tanış ola bilərlər. Bundan başqa, plakatda Mehdi Hüseynzadə, Həzi Aslanov və Rixard Zorge haqqında vikipediyadan götürülmüş məlumatlar da əks olunub. Həmçinin Yasamal rayon Mərkəzi Kitabxanası tərəfindən iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını qazanmış Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar hazırlanmış informasiya bülleteni, ona həsr edilmiş şeirlər toplusu, əfsanəvi partizan Mehdi Hüseynzadənin (Mixaylo) 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarxla da tanış olmaq olar.

İnteraktiv plakat MDB kitabxanalarına və həmçinin ölkəmizin bir çox kitabxanalarına göndəriləcək.

Geri dön