Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı metrosunda karantin qaydalarına ciddi əməl olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakı metrosunda karantin qaydalarına ciddi əməl olunur

Bakı metrosunda karantin qaydalarına ciddi əməl olunur


Yeni növ koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşaldılması planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı Metropoliteninin fəaliyyətinin mayın 9-dan bərpa edilməsinə dair qərar verib.

Bu gündən fəaliyyətə başlayan Bakı metrosunda iş rejimi Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirilir.

Metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi üçün bütün imkanlar yaradılıb. Metronun girişlərində sərnişinlərin bu qaydalara əməl etmələri üçün polis əməkdaşları tərəfindən yoxlamalar aparılır və qaydaları pozan şəxslərin metrodan istifadəsinə icazə verilmir.

Tibbi maskası olmayan sənrişinlər metronun stansiyalarında fəaliyyət göstərən apteklərə müraciət edə bilərlər. Bakı Metropolitenin 25 stansiyasının 17-də aptek var və onların da səhər saat 06:00-da fəaliyyətə başlaması təmin olunub. Qalan stansiyalar da səyyar maska satışı həyata keçirilir.

Metro stansiyalarında qatarlar ən optimal qrafik ilə hərəkət edir. Günün pik saatlarında qatarlar arasında interval 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə yarım müəyyənləşdirilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti Bəxtiyar Məmmədov bildirib ki, hazırda metronun stansiyalarında sıxlıq müşahidə olunmur. Sosial məsafənin saxlanılması üçün bütün imkanlar yaradılıb, bununla bağlı divarlar və döşəmələrdə işarələr qoyulub və sərnişinlər qaydalara əməl edirlər. Həmçinin metronun bütün stansiyalarının girişlərində məhdudlaşdırıcı istiqamətləndiricilər quraşdırılıb. Sərnişinlər bu dəhlizlər sayəsində məsafəni qoruyaraq metroya daxil olurlar. Bundan əlavə, metronun stansiyaları və qatarlar gün ərzində bir neçə dəfə dezinfeksiya edilir.

“Gələcəkdə metro qatarlarında sərnişinlərin sıxlığının artmaması üçün araşdırmalar aparılır. Yarana biləcək çətin halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüləcək”, - deyə o əlavə edib.

Geri dön