Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirdə son sutkada koronavirusa 488 nəfər yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Misirdə son sutkada koronavirusa 488 nəfər yoluxub

Misirdə son sutkada koronavirusa 488 nəfər yoluxub


Misirdə son sutka ərzində COVID-19 virusuna 488 yoluxma halı qeydə alınıb.

Misir Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 8964 nəfərə çatdığı qeyd olunur. Mayın 9-da COVID-19 virusundan 11 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 514 nəfərə çatdığı bildirilir. Son sutka ərzində xəstəlikdən 57 nəfər sağalıb, ümumilikdə isə 17 karantin xəstəxanasında 2002 pasiyent tam müalicə olunub.

Ölkədə indiyədək 1 milyondan çox insan koronavirus testindən keçib. Səhiyyə naziri Halə Zayid son günlər yoluxma hallarının çoxalmasını Ramazan ayı günlərində əhalinin bir yerə toplaşması ilə izah edib. Onun sözlərinə görə, insanların marketlərə axını 11 faiz artıb.

Geri dön