Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeni Zelandiya koronavirusla əlaqədar məhdudiyyətləri yüngülləşdirəcəyini elan edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Yeni Zelandiya koronavirusla əlaqədar məhdudiyyətləri yüngülləşdirəcəyini elan edib

Yeni Zelandiya koronavirusla əlaqədar məhdudiyyətləri yüngülləşdirəcəyini elan edib


Yeni Zelandiya koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətləri yüngülləşdirərək restoranların, kinoteatrların, uşaq meydançalarının və idman zallarının mayın 14-dən açılacağını elan edib.

Yeni Zelandiya KİV-ləri xəbər verir ki, bunu Baş nazir Çaşında Ardern mayın 11-də bəyan edib. Bildirilir ki, bununla da Yeni Zelandiya martın sonlarından tətbiq edilən məhdudiyyətləri 4-cü dərəcədən 2-ci dərəcəyədək endirəcək.

Ölkə iqtisadiyyatının bərpası istiqamətində atılan bu addımlarla yanaşı, koronavirusa yoluxma halını minimuma endirmək üçün 10 nəfərdən artıq şəxsin iştirakı ilə kütləvi tədbirlərin təşkilinə icazə verilməyəcəyi də qeyd edilir.

“Ola bilər ki, biz döyüşü udmuşuq, lakin müharibədə hələ qalib gəlməmişik”, - deyə Baş nazir deyib.

Əlavə olaraq bildirək ki, son məlumatlara əsasən, Yeni Zelandiyada COVID-19 pandemiyasına yoluxma ilə əlaqədar ümumilikdə 1500 hal qeydə alınıb. Bu yoluxmalar nəticəsində 21 nəfər ölüb.

Geri dön