Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda təlim zamanı "Cəmaran" gəmisi ölkəyə məxsus "Konarək" gəmisini raketlə vurub- Çoxlu sayda ölən və yaralanan var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda təlim zamanı "Cəmaran" gəmisi ölkəyə məxsus "Konarək" gəmisini raketlə vurub- Çoxlu sayda ölən və yaralanan var

İranda təlim zamanı "Cəmaran" gəmisi ölkəyə məxsus "Konarək" gəmisini raketlə vurub- Çoxlu sayda ölən və yaralanan var


İranda hərbi dəniz təlimi zamanı "Cəmaran" adlı hərbi gəmi "Konarək" adlı hərbi logistika gəmisini raketlə vurub.



Ölkə mediası bununla bağlı ötən gündən xəbər yaysa da, İran Silahlı Qüvvələri baş vermiş hadisəni bu gün təsdiqləyib və nəticədə 19 hərbi qulluqçunun öldüyünü, 15 nəfərinin isə yaralandığını bəyan edib.



Hadisənin Oman körfəzi yaxınlığında, İranın Cask şəhərindən bir qədər aralıda baş verdiyi deyilir. Məlumatlara əsasən, "Cəmaran" adlı hərbi gəmi qeyri-dəqiq hesablama səbəbindən səhvən ölkəyə məxsus digər hərbi gəmini vurub.


Hələlik rəsmi mənbələr gəmiyə neçə raket zərbəsinin dəydiyi barədə məlumat vermirlər. Yaralananların vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir.

Geri dön