Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanda koronavirusdan sağalanların sayı 1881 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Özbəkistanda koronavirusdan sağalanların sayı 1881 nəfərə çatıb

Özbəkistanda koronavirusdan sağalanların sayı 1881 nəfərə çatıb


Özbəkistanda yeni növ koronavirusa, ümumilikdə, 2453 nəfər yoluxub.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu günədək 1881 nəfər sağalıb, 562 nəfər müalicəsini davam etdirir. On nəfər ölüb.

Nazirlikdən bildirilib ki, Özbəkistanda pandemiya dövründə karantində 1961 hamilə qadın olub. 30 hamilə qadında koronavirus aşkarlanıb, onların 22-si artıq müalicə edilərək evə yazılıb. 8 qadın isə müalicə alır, onların həyatı üçün təhlükə yoxdur.

Geri dön