Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda koronavirusdan ölənlərin sayı 6685 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda koronavirusdan ölənlərin sayı 6685 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 6685 nəfərə çatıb


İranda son 24 saat ərzində qeydə alınmış 45 yeni ölüm faktı ilə koronavirusdan dünyasını dəyişənlərin sayı 6685 nəfərə yüksəlib.



Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur son sutka ərzində həmçinin 1683 nəfərin infeksiya yoluxmasının aşkarlandığını deyib. Bununla da, indiyə qədər İranda koronavirusa yoluxanların sayı 109286 nəfərə çatıb.



Cahanpur iddia edib ki, indiyədək 87422 nəfər tam sağalaraq xəstəxanadan evə buraxılıb.



Qeyd etmək lazımdır ki, İran daxilində həm bir sıra siyasətçilər, həm də vətəndaşlar dövlətin təqdim etdiyi statistikaların həqiqəti əks etdirmədiyini, real rəqəmlərin göstərilənlərdən qat- qat çox olduğunu bildirirlər.

Geri dön