Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə kömək olaraq İrandan koronavirus testləri qəbul etməsini təkzib edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Türkiyə kömək olaraq İrandan koronavirus testləri qəbul etməsini təkzib edib

Türkiyə kömək olaraq İrandan koronavirus testləri qəbul etməsini təkzib edib


Türkiyəli rəsmilər İranın bu ölkəyə kömək olaraq 40 min ədəd koronavirus testi göndərməsi ilə bağlı Məhəmməd Cavad Zərifin dediklərini təkzib ediblər.



"Anadolu" xəbər agentliyinin adlarını açıqlamadığı 3 diplomatik mənbənin dediklərinə əsasən, Zərifin iddiası heç bir həqiqətə söykənmir.



Xatırladaq ki, bir neçə gün əvvəl İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif "Twitter" hesabında yazdığı statusda Türkiyə, Almaniya və digər ölkələrə İran istehsalı olan 40 min ədəd koronavirus testi göndərdiyini iddia etmişdi.



Türkiyəli həmin diplomatik mənbələr İrandan bu ölkəyə 1 ədəd belə koronavirus testinin daxil olmadığını bildiriblər.

Geri dön