Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda daha 74 nəfər koronavirusa yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda daha 74 nəfər koronavirusa yoluxub

Qərbi Azərbaycanda daha 74 nəfər koronavirusa yoluxub


Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 74 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 3579 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1580 nəfər tam sağalaraq evlərinə göndərilib. Rəsmi infeksiyadan ölənlərin sayının 187 nəfərə çatdığını deyib.





Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1084 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha yeddi nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 115 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 895 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Həmədan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.

Geri dön