Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Dədə Qorqud” tankeri təmir olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Dədə Qorqud” tankeri təmir olunub

“Dədə Qorqud” tankeri təmir olunub


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankeri təmir edilib.

ASCO-dan bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri təmir olunub. Bundan başqa gəmi üzrə boru, elektrik quraşdırma və avtomatika işləri də həyata keçirilib. Heyətin yaşayış otaqlarında və yeməkxanasında da təmir aparılıb.

Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

“Dədə Qorqud” tankerin uzunluğu 149,9 metr, eni 17,3 metr, yükgötürmə qabiliyyəti 13 min tondur. Tanker eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulub.

Geri dön