Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ramin Bayramlı: Yoluxma hallarının 47,8 faizinə Bakı şəhərində rast gəlinib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ramin Bayramlı: Yoluxma hallarının 47,8 faizinə Bakı şəhərində rast gəlinib

Ramin Bayramlı: Yoluxma hallarının 47,8 faizinə Bakı şəhərində rast gəlinib


Yoluxma hallarının 47,8 faizinə Bakı şəhərində, 13 faizinə Gəncə-Qazax bölgəsində, 10,3 faizinə Aran zonasında, 10,2 faizinə Lənkəranda rast gəlinib. Digər bölgələrdə isə 5 faizdən azdır. Xaricdən idxal olunan infeksiya isə 7,7 faiz təşkil edir.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O, bildirib ki, paytaxtın ayrı-ayrı rayonlarının statistik göstəricilərinə gəlincə, Yasamalda bu rəqəm 17, Nəsimi rayonunda isə 15,8 faiz olub. Yoluxma hallarının 14 faizi Sabunçuda, 10,5 faizi Binəqədidə, 9,5 faizi Qaradağ rayonunda, 9,4 faizi Nərimanovda aşkarlanıb, digər rayonlarda isə 8 faizdən aşağı olub.

Günlər üzə ümumi testlərdə müsbət nəticələrin sayı 1.7 faiz təşkil edir.

Vəfat edənlərin yaş qrupu haqqında məlumat verən TƏBİB-in sədri deyib: "60-69 yaş arası vəfat edənlər 36 faizdir, 40-49 yaş arasında vəfat edənlərin sayı ötən həftə ilə müqayisədə 1 faiz artıb. Belə ki, bu rəqəm 6 faiz təşkil edib. Həmin göstərici 70-79 yaş arasında 25, 50-59 yaş arasında 22, 80 yaşdan yuxarı 11 faizə bərabər olub.

Geri dön