Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pərviz Qızılbaş: “Zəncan əyalətində koronavirusdan sağalıb evə buraxılanların sayı 895 nəfərə çatıb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Pərviz Qızılbaş: “Zəncan əyalətində koronavirusdan sağalıb evə buraxılanların sayı 895 nəfərə çatıb”

Pərviz Qızılbaş: “Zəncan əyalətində koronavirusdan sağalıb evə buraxılanların sayı 895 nəfərə çatıb”


Zəncan Tibb Elmləri Universitetinin rektoru Pərviz Qızılbaş mayın 15-də mediaya açıqlamasında Zəncan əyalətində koronavirus qurbanlarının son statistikasını yayıb.



Zəncan əyalətində xəstəliyə yoluxanların sayının ardığını bildirən Pərviz Qızılbaş deyib ki, son bir gün ərzində əyalətin müxtəlif bölgələrində daha 4 nəfərin “Covid-19” virusuna yoluxduğu qeydə alınıb: “Bununla da Zəncan əyalətində bu günə qədər koronavirus infeksiyasına yoluxanların sayı 1088 nəfərə çatıb.



Əyalətdə bu günə qədər xəstəlikdən ölənlərin sayı 115 nəfərdir. Əyalətdə həmçinin indiyə qədər koronavirusa yoluxanlardan 895 nəfəri tam sağalaraq evə buraxılıblar” -deyə, Zəncan Tibb Elmləri Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə pandemiya qurbanlarının yeni statikasını yayarkən bəyan edib.

Geri dön