Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məlikanda 16 min litrdən çox qaçaq sənaye spirti aşkarlanaraq ələ keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məlikanda 16 min litrdən çox qaçaq sənaye spirti aşkarlanaraq ələ keçirilib

Məlikanda 16 min litrdən çox qaçaq sənaye spirti aşkarlanaraq ələ keçirilib


İranın Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində 16 min litrdən çox qaçaq sənaye spirti aşkarlanaraq ələ keçirilib.



Şərqi Azərbaycanın hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Əbdi mayın 14-də mediaya açıqlamasında deyib ki, polis əməkdaşları Məlikan şəhərində reyd keçirərkən şübhəli görünən yük maşınını saxlayıblar: “Yük maşınında yoxlama zamanı 12 milyard 150 milyon dəyərində olan 16200 litr qaçaq sənaye spirti aşkarlanaraq götürülüb.



Yük maşını sürücüsü saxlanılıb və barəsində cinayət işi açılıb. Bir daha bildiririk ki, hüquq-mühafizə qüvvələri bir sıra işbazların öz şəxsi qazancları üçün insanların sağlamlığını təhlükəyə salmasına imkan verməyəcək və bu kimi şəxslərə qarşı mübarizəsini davam etdirəcək” -deyə, Şərqi Azərbaycanın hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Əbdi bildirib.



Qeyd edək ki, son iki ay yarım ərzində İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı sürətlə artıb. Nəticədə, ən azı 800-ə yaxın insan saxta spirtdən həyatını itirib, minlərlə nəfər isə xəstəxanalara düşüb.

Geri dön