Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda koronavirusa yoluxanların sayı 118392 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda koronavirusa yoluxanların sayı 118392 nəfərə çatıb

İranda koronavirusa yoluxanların sayı 118392 nəfərə çatıb


İranda son 1 sukta ərzində 1757 yeni yoluxma halı ilə koronavirus xəstələrinin ümumi sayı 118392 nəfərə yüksəlib.



Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ötən 24 saat ərzində infeksiyadan 35 nəfərin öldüyünü deyib. O, bununla da ölkədə koronavirus pandemiyasının qurbanlarının ümumi sayının 6937-yə yüksəldiyini qeyd edib.



Cahanpurun iddiasına görə, indiyədək infeksiyaya yoluxanlardan 93147 nəfəri sağalaraq evə buraxılıb.



Cahanpur sonda vəziyyəti xüsusi ağır olan 2716 xəstənin hazırda intensiv terapiya şöbələrində öz müalicəsini davam etdirdiyini deyib.



Qeyd etmək lazımdır ki, istər iranlı rəsmilərdən bəziləri, istərsə də digər mənbələr Səhiyyə Nazirliyinin təqdim etdiyi statistikaların reallığı əks etdirmədiyini deyirlər. İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 43000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Geri dön