Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq olunan qadağalar iyunun 30-dək uzadılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq olunan qadağalar iyunun 30-dək uzadılıb

Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq olunan qadağalar iyunun 30-dək uzadılıb


Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq edilən məhdudiyyətlərin müddəti daha bir ay uzadılıb.



Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq müntəzəm uçuşlara mayın 22-dək məhdudiyyət qoyulmuşdu. Lakin təhlükənin dünyada hələ də davam etməsi səbəbindən tətbiq olunan qadağaların müddəti iyunun 30-dək uzadılıb.



Gürcüstana müntəzəm uçuşlar həyata keçirən bütün aviaşirkətlərə bu barədə məlumat verilib. Bildirilir ki, məhdudiyyətlər yükdaşımalara şamil olunmur.

Geri dön