Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanunun 9-cu maddəsində (Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində "qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində" sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində" sözləri ilə əvəz edilir. Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Geri dön