Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > LG şirkətinin laboratoriyasında baş verən yanğında ölən və yaralananlar var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > LG şirkətinin laboratoriyasında baş verən yanğında ölən və yaralananlar var

LG şirkətinin laboratoriyasında baş verən yanğında ölən və yaralananlar var


Cənubi Koreyanın LG şirkətinin törəmə müəssisəsi olan “LG Chem Ltd”nin laboratoriyasında baş verən yanğında bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Yonhap agentliyi xəbər verir ki, hadisə paytaxt Seuldan 120 kilometr məsafədə yerləşən Sosan şəhərindəki tədqiqat mərkəzində yerli vaxtla saat 14:20-də (Bakı vaxtı ilə 9:20) baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 1 saatdan sonra alovu nəzarət altına ala biliblər. Yaralananlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

İlkin rəyə əsasən, yanğına laboratoriyaya gətirilən katalizatorun həddindən artıq yüksək təzyiq altında partlaması səbəb olub. Qəza nəticəsində zərərli kimyəvi maddə sızması qeydə alınmayıb.

Geri dön