Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Mahan Air"lə əməkdaşlıq edən Çin şirkəti Amerika tərəfindən sanksiya siyahısına salınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > "Mahan Air"lə əməkdaşlıq edən Çin şirkəti Amerika tərəfindən sanksiya siyahısına salınıb

"Mahan Air"lə əməkdaşlıq edən Çin şirkəti Amerika tərəfindən sanksiya siyahısına salınıb


Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi Çində İranın "Mahar Air" aviaşirkətinin satış agenti olan şirkətə qarşı sanksiya tətbiq edib.



Bu barədə Nazirliyin yaydığı bəyanata əsasən, "Shanghai Saint Logistics Limited" adlı həmin şirkət "Mahar Air"in satış təmsilçiliyini həyata keçirib.



"İran rejimi Mahan Air-dən Venesuela və Suriyanın qeyri-legitim rejimlərindən savayı, Yaxın Şərqdə özünə bağlı təmsilçi müharibələr aparan terror qruplaşmalarını dəstəkləmək üçün istifadə edir. Mahar Air-lə ticari əlaqələrini davam etdirəcək şirkətlərə qarşı düşünmədən sanksiyalar tətbiq edəcəyik", - deyə məsələ ilə əlaqəli ABŞ Maliyyə naziri Stiven Mnuçin bildirib.


Qeyd etmək lazımdır ki, ABŞ-ın anti- terror tədbirləri çərçivəsində daha öncələr sanksiyaya məruz qalmış "Mahan Air"ə qarşı 2019-cu ilin dekabr ayında da kütləvi qırğın silahlarının daşıması və xalq etirazlarını yatırmaq üçün İran rejiminə müxtəlif texniki avadanlıqlar gətirdiyi üçün yenidən embarqolar tətbiq edilmişdi.

Geri dön