Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanda COVID-19 koronavirusundan 2338 xəstə sağalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Özbəkistanda COVID-19 koronavirusundan 2338 xəstə sağalıb

Özbəkistanda COVID-19 koronavirusundan 2338 xəstə sağalıb


Özbəkistanda COVID-19 koronavirusundan 2338 xəstə sağalıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 78 nəfər artaraq 2880-nə çatıb.

Bildirilir ki, 475 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur, 13 nəfər ölüb.

Məlumatda deyilir ki, hazırda karantində 48 mindən artıq adam var.

Son iki gün ərzində isə Rusiya və Qazaxıstandan təyyarə, dəmir yolu və avtobuslarla 1100 Özbəkistan vətəndaşı Daşkəndə gətirilib.

Mayın 19-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev keçirdiyi videoselektor müşavirəsində bildirib ki, indiyədək xarici ölkələrdən hava və dəmir yolu ilə 39 min vətəndaşımız ölkəyə gətirilib. 12 min vətəndaşımızı isə gətirməyi planlaşdırırıq.

Geri dön