Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünya Bankı COVID-19-la bağlı 100 ölkəyə maliyyə dəstəyi göstərib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Dünya Bankı COVID-19-la bağlı 100 ölkəyə maliyyə dəstəyi göstərib

Dünya Bankı COVID-19-la bağlı 100 ölkəyə maliyyə dəstəyi göstərib


Dünya Bankı koronavirusun yeni növü (COVID-19) ilə mübarizə çərçivəsində inkişaf etməkdə olan 100 ölkəyə maliyyə yardımı göstərildiyini açıqlayıb.

Bank ölkələrin iqtisadiyyatını dəstəkləmək və səhiyyə sistemlərini gücləndirmək üçün mart ayından bəri rekord məbləğdə maliyyə dəstəyi ayrıldığını bildirib. Dünya Bankı COVID-19-la mübarizə üçün inkişaf etməkdə olan ölkələrə dəstək məqsədilə 15 ay ərzində 160 milyard dollar maliyyə yardımı ayırmaqla bağlı öhdəlik götürüb. Bu dəstək dünya əhalisinin 70 faizini özündə cəmləşdirən 100 inkişaf etməkdə olan ölkəyə çatdırılıb.

“Epidemiya və inkişaf etmiş ölkələrdə iqtisadi fəaliyyətin dayandırılması 60 milyon insanı həddindən artıq yoxsulluğa vadar edə bilər. Bu, yoxsulluğun azaldılması istiqamətində indiyədək əldə olunan nailiyyətlərə zərbə vura bilər”, - deyə Dünya Bankının prezidenti David Malpass bildirib.

Geri dön