Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-ın neft ehtiyatları azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları azalıb


Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,8 milyon barrel azalaraq 521,3 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə ehtiyatlar 7,5 milyon barrel çoxalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Geri dön